İran

İranda zəlzələ baş verib

İranın güney-batısında zəlzələ olub. Olayla ilgili Tehran Danişqahı Lərzənigari Mərkəzindən məlumat verilib. Bildirilib ki, yeraltı təkanlar Kohgiluye və Boyer-Əhməd əyalətində 5,6 rişter gücündə olub. Əyalətin Dena şəhristanında qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Təbii olay nəticəsində azı 10 nəfərin yaralandığı bildirilir. Ölənlər haqqında isə hələlik məlumat verilməyib.
Yerli mətbuatın yazdığına görə, bölgədə elektrik enerjisinin verilməsi ilə bağlı problemlər yaranıb.

Related Articles

Bir cavab yazın

Back to top button