İran

Tehran apteklərinin iqtisadi durumu nə yerdədir?

“Tehran Ustanında davaxanaların yüzdə əllisindən çoxunun gəlirləri yoxdur. Olsa da xərclərinə bərabərdir və ya müflis olmaq üzrədir.” Bu sözləri Tehranın Davadüzəldənlər Əncümənin dəbiri doktor Məhəmmədrza Dəri deyib. Bildirilib ki, ölkənin iqtisadi durumu ilə bağlı mali gərginliklər davaxanalara da təsirsiz ötüşməyib. Davaxanaların durumları heç də yaxşı deyil.

Məlumata görə, hazırda ustan davaxanalarının Müalicə Xidmətləri biməsi, İctimai Təmin, Silahlı Qüvvələr Qurumları və sair sazimanlardan bir neçə aylıq tələbləri var. Bu da qiymətlərdə dəyişikliklər olduğu dövrdə davaxanaların iqtisadi durumuna ziyan verir. Doktorun sözlərinə görə, təsir edən amillərdən başqası də cəmiyyətin iqtisadi durumudur. Davaxanalar sağlamlıq üzrə mallar da ərz edirlər. Əhalinin daha çoxu yoxsulluğa düşəndə, istər istəməz sağlamlıq üzrə malların alışına fikrləri dəyişir. Buna görə də davaxanalar bu barədə kəskin ziyana uğrayıb. Bir sıra bəxşnamələrin də davaxanaların iqtisadına ziyan vurduğu bəlli olub. Qeyd edək ki, koronavirusun ilk yayıldığı vaxtlarda maskın ərz olunmasına qadağa qoyulub. Beləliklə, onun ərzəsi başqa peşə məkanlarına ötürülüb. Bu da öz növbəsində davaxanaların iqtisadına ziyan vurub . Doktor Dəri sığortaedici sazimanların davaxanalara borcları barədə də fikir bildirib. “Onlar 4-6 aylıq borclarını ödəməyiblər. Epidemi şəraitinə görə doktorların mətəblərinin qapanması da davaxanalara gətirilən nüsxə həcminə təsir edib. Tibbi müəssisələrin çoxu bu zəmində ziyana düşüblər. Bu müəssisələr davaxanaların ehtiyacların təmin edir. Davaxanaların yüzdə əllisinin müflis üzrə olması da bu səbəblərə görədir” deyə o, əlavə edib. Məlumata görə, tibbi müəsissələrin çoxuna məriz gəlişi azalıb, hətta yox dərəcəsindədir. Bu da onların bağlanılmasına səbəb olur. “Əhalinin müraciətləri azalır. Bu da davaxanaların iqtisadına və onlara gətirilən nüsxə həcminə təsir edir. Nəticədə bu da ölkə üzrə davaxanalara ziyanlara gətirib çıxarır” deyə doktor vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button