
Tehranın Evin zindanında həbsdə saxlanılan Araz Amanın qardaşı Mehdi Aman qardaşının hökumət qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılarkən qeyri-etik hərəkətlərə və təhqirə məruz qalması barədə danışıb.
O deyib ki, məmurlar Araz Amanı döyüb və ona psixoloji işgəncə veriblər.
Qeyd edək ki, Araz Aman keçən il Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Evin zindanına aparılıb. Həbs olunmasından 200 günə yaxın keçməsinə baxmayaraq, bu günə qədər təhlükəsizlik qurumlarının müdaxiləsi ilə və məhkəmə orqanlarının mütəxəssis həkimin mürayinəsinə imkan verilməməsi ilə o, zaminə buraxılmayıb və hələ də həbsdədir.