Dünya

“MƏNİM RƏİSLİYİM DÖVRÜNDƏ ERMƏNİSTANLA MÜNASİBƏTLƏR ADİLƏŞMƏYƏCƏK”

“NEWS.am”ın jurnalisti türk siyasətçinin Birləşmiş Millətlər Təşkilatının 75-ci Baş Məcməyinə rəis seçilməsi ilə bağlı, Türkiyə məsələləri üzrə təhlilçi Andranik İspiryanla danışıb.
Ekspertin fikrincə, Ermənistanın narahatlığı təkcə türkiyəli bir diplomatın Birləşmiş Millətlər Təşkilatının 75-ci məcməinə sədr seçilməsi yox, həm də onun Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının üzvü olması və Ermənistana mənfi mövqedə olmasıdır.
Volkan Bozkır, Türkiyə parlımanının Xarici Əlaqələr Komitəsinin rəisi və Türkiyənin Avropa Birliyindəki nümayəndəsi olarkən bir çox anti-erməni açıqlamalar verib.
O, ölkəsinin bu təşkilata üzvlüyü ilə bağlı danışıqlar aparan şəxs olaraq, 2015-ci ildə açıqlama verərək bildirib ki, Avropa Birliyinin Türkiyəni erməni soyqırımını tanımağa çalışması Türkiyə üçün heç bir əhəmiyyət daşımır.
O, eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini qeyd-şərtsiz himayət edən şəxslərdəndir. Bozkır, Türkiyə parlımanının Beynəlmiləl Əlaqələr Komitəsinin rəisi olarkən, çıxışlarından birində bu komitəyə rəisliyi dövründə Ermənistanla münasibətlərin adiləşməsinə imkan verməyəcəyini bəyan edib.
Türkiyə məsələləri üzrə təhlilçi Andranik İspiryan, “indi belə bir insan 21-ci qərndə Birləşmiş Millətlər Təşkilatının Baş Məcməyinin dövrü rəisi seçilir. Şübhəsiz ki, o rəisliyi müddətdə Türkiyə ilə Azərbaycanın mənafeyi üçün addımlar atmağa çalışacaq”, – deyib

Related Articles

Bir cavab yazın

Back to top button