İran

Əhər və Herisdə elektrik kabellərini oğurlayan şəxslər saxlanılıb

Əhər və Herisdə elektrik simi və kabellərini oğurlayan bir qrup şəxs saxlanılıb. Əhər Vilayətinin polis fərmandehi Qüdrət Ağapurun sözlərinə görə, həmin qruplaşma 65 oğurluq faktında şübhəli bilinir. Qrup üzvləri Əhər Vilayətinin Polis Güclərinin Aqahi Polisinə təhvil veriliblər. Onlar törətdikləri əməlləri etiraf ediblər.
Əhər Vilayətinin polis fərmandehi Qüdrət Ağapur bildirib ki, müttəhimlərə qarşı pərvəndə təşkil olunub. Pərvəndə qanuni işlərin icrası üçün məhkəmə vəzifəlilərinə təhvil verildikdən sonra, qrup üzvləri zindana köçürülüblər.

Related Articles

Bir cavab yazın

Back to top button