Azərbaycanİran

Urmulu milli fəal Salar Tahir Əfşar həbs edildi

Qərbi Azərbaycan əyalətinin mərkzi Urmu şəhərində yaşayan milli-mədəni fəal Salar Tahir Əfşar həbs edilib.

Onun yaxınları bildiriblər ki, təhlükəsizlik məmurları bu gün səhər saatlarında fəalın yaşadığı evə basqın ediblər.

Qapını sındıraraq evə daxil olan məmurlar qanunsuz axtarış aparıb, Əfşarı həbs ediblər.

Məmurlar urmulu fəalın ittihamı və həbs səbəbi barədə açıqlama verməyiblər.

Qeyd edək ki, Salar Tahir Əfşar bundan əvvəl bir neçə dəfə həbs edilib.

O, həmçinin 2020-ci il sentyabrın 27-də Dağlıq Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra Güney Azərbaycan və İranda azərbaycanlıların yaşadığı digər bölgələrdə Azərbaycan Respublikasına dəstək aksiyalarına qoşulduğuna görə saxlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button