Dünya

“Boeing 737-800” təyyarəsində vəfat edənlərin ailələri təhdid olunur

Ukrayna məxsus “Boeing 737-800” uçağında faciəli şəkildə həyatını itirən şəxslərin yaxınları və ailələri təhdid olunur. Belə ki, İranın bir sıra məqamları faciə qurbanlarının ailələri ilə təmas saxlayaraq, onlar tərəfindən anım mərasiminin keçirilməməsini tələb edir. Xatırladaq ki, olay 8 janviyə 2020-ci ildə baş verib. Məlumata görə, əmniyət qurumları uçaqda ölənlərin ailələri ilə dəfələrlə təmas tutub. Vəfat edənlərin ailələrinə bildirilib ki, anım mərasiminin keçirilməsi yalnız “Bəsic və Sepah Pasdaranın üzvlərinə” tapşırılmalıdır. Əks halda ciddi tədbirlərin görüləcəyinə dair təhdidlər səsləndirilib.
Bildirək ki, faciə qurbanlarının cəsədləri tanınmaz halda olduğundan ailələrin bir çoxunun razılığı ilə qurbanlar kimlikləri müəyyənləşdirilmədən dəfn olunub. Həmin şəxslərin əşyaları isə hələ də yaxınlarına təhvil verilməyib. Dövlət tərəfindən həmin ailələrdən müvafiq vəsaitin ödənilməsi qarşılığında heç bir mərasimin keçirilməməsi istənilib

Related Articles

Bir cavab yazın

Back to top button