
“Arzu Bədrinin bundan əvvəl məcburi hicab qaydalarını pozduğuna görə avtomobilinin müsadirəsi barədə qərar çıxarılıb. Bədri şəhərdə şəxsi avtomobili ilə hərəkət etdiyi zaman polis onu saxlamaq və avtomobilini əlindən almaq üçün iki dəfə atəş açıb, güllələrdən biri avtomobilə, biri isə Arzu Bədriyə dəyib”,– məlumatda bildirilib.
Fəalların bildirdiyinə görə, Arzu Bədri ağır yaralanıb, komaya düşüb və xəstəxananın reanimasiya bölməsinə yerləşdirilib.
Qeyd edək ki, rəsmi məlumatlara görə, son günlər məcburi hicab qaydalarının tətbiqi ilə bağlı daha 23 min nəfər işə cəlb olunub.