
İnsan haqları təkilatları İranla atom danışıqları aparan ölkələrə müraciət ediblər.
“Aznews tv”ın xəbərinə görə, onlar bildiriblər ki, hazırda İrana qarşı qüvvədə olan sanksiyaların bir hissəsi iranlı rəsmilər tərəfindən insan haqlarının kobud şəkildə pozulmasına görə qəbul edilib.
Təşkilatlar müzakirə aparan ölkələri İbrahim Rəisiyə qarşı qəbul edilmiş embarqolar da daxil olmaqla İrana qarşı bu sahədə tətbiq edilmiş sanksiyaların ləğv edilməsinin qarşısını almağa çağırıblar.





