Azərbaycanİran

İranın casus şəbəkəsinə aid daha 16 nəfər həbs edilib

Narkotik vasitələrin satışından maliyyələşərək Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətə cəlb edilən 16 nəfər polis əməkdaşları tərəfindən həbs edilib.

Onlar dini anlayışı olmayan narkotik aludəçilərini başqa-başqa şəxslərin əli ilə yardım adı altında əməkdaşlığa cəlb edərək narkotik vasitlərin satışını təşkil etməklə “kərimə dövlət”nin əlaqələrini dərinləşdirməyə çalışıblar.

Əsasən İrandan idarə edilən dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub.

Polis tərəfindən ifşa olunan növbəti şəbəkə üzvlərinin əlaqələri, onların pozuculuq fəaliyyəti haqqında sosial şəbəkə hesablarında xeyli inkarolunmaz faktlar aşkarlanıb.

Müəyyənləşib ki, həmin şəxslər radikal əməllərini heç vaxt inkar etməyiblər, vətəndaşı olduqları ölkənin qanunlarına yox, özlərinə lider hesab etdikləri “ağanın qaydaları”na uyğun həyat tərzi sürüblər.

Qeyd olunan faktlar üzrə araşdırmalar davam etdirilir. (report)

Related Articles

Bir cavab yazın

Back to top button