Dünya

Bryanskda Ukraynanın 4 PUA-sı vurulub

Bryansk vilayəti üzərində hava hücumundan müdafiə qüvvələri Ukraynanın 4 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bu barədə Bryansk vilayətinin başçısı Aleksandr Boqomaz öz “Telegram” kanalında məlumat verib.

“Ukraynalı terrorçuların PUA-dan istifadə etməklə hücum etmək cəhdinin qarşısı alınıb”, – o yazıb.

Boqomaz əlavə edib ki, Rusiya hərbçiləri Bryansk vilayəti üzərində düşmənin dörd təyyarə tipli pilotsuz təyyarəsini vurmağa nail olub. Onun sözlərinə görə, tələfat və dağıntı olmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button