Azərbaycan

Kərəcdə Urmu gölü ilə bağlı vərəqələr yayılıb

İyulun 18-də Kərəc və Gülüstan şəhərlərində milli fəallar Urmu gölü ilə bağlı aksiyalarını davam etdirib, şəhərlərin küçələrində çox sayda vərəqələr yayıblar.

“Burada 15 milyon nəfərin ölüm-dirim məsələsindən söhbət gedir”, “Urmu gölü can verir, İran onun qətlinə fərman verir”, “Azərbaycan milli hərəkatı-Tehran” yazılan vərəqələr hər iki şəhərin bütün bölgələrində yayılıb.

Qeyd edək ki, iyulun 16-da Urmu gölünün durumu ilə bağlı keçirilən dinc aksiyalar zamanı onlarla məədəni fəal həbs edilib.

Onlardan bir neçəsi müvəqqəti olaraq girov qarşılığında azadlığa buraxılsa da, bir çoxu barəsində həbs qərarı çıxarılıb.

Related Articles

Bir cavab yazın

Back to top button