Azərbaycan

ABŞ səfirliyi Azərbaycan xalqına başsağlığı verib

“Biz bu gün azərbaycanlılarla birgə kədərini paylaşır və həlak olanları yad edirik. Biz bu gün etirazın kənar qüvvələr tərəfindən amansızcasına yatırılmasının fəsadlarını xatırlayırıq”.

“Biz bu gün azərbaycanlılarla birgə kədərini paylaşır və həlak olanları yad edirik. Biz bu gün etirazın kənar qüvvələr tərəfindən amansızcasına yatırılmasının fəsadlarını xatırlayırıq”.

“aznews tv” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşımında bildirilib.

“Biz xarici qüvvələrinin ölkəyə yeridilməsi, iğtişaşları yatırtmaq adı ilə mülki əhaliyə qarşı silaha əl atması və əhalinin məruz qaldığı dəhşətli itkiləri xatırlayırıq.

Biz 1990-cı ildə Bakıda baş vermiş Qara Yanvarı, amansız repressiyaları xatırlayır, xəsarət alanlara və həlak olanlara görə kədərlənirik.

Biz inanclarını müdafiə etmək üçün həyatlarını fəda edən bütün insanları xatırlayırıq”, – paylaşımda vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button