Dünyaİran

Taliban nümayəndələri Tehrana səfər ediblər

Taliban hökumətinin Miqrasiya Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti Tehrana səfər edib.

Bu barədə məlumat verən Əfqanıstan mediası nümayəndə heyətinə Taliban hökumətinin Miqrasiya Nazirliyinin daxili müfəttişliyinin rəhbəri Məhəmmədcan Xədərxilinin başçılıq etdiyini yazıb. Onlar İranda yaşayan əfqan miqrantların və İran həbsxanalarında olan Əfqanıstan vətəndaşlarının problemlərini araşdırmaq üçün Tehrana səfər ediblər.

Qeyd edək ki, fevralın 24-də Taliban hökumətinin baş prokuroru Şəmsəddin Şəriəti İrana səfər etmişdi.

Hazırda İran həbsxanalarında minlərlə əfqanıstanlı saxlanılır və son aylar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb. İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button