Azərbaycan

Qərbi Azərbaycan əyaləti bəndlərində su həcmi azalıb

Yerli Su Şirkətinin başçısı yağıntıların çoxalmasına baxmayaraq su ehtiyatlarının azaldığını deyib.

Qərbi Azərbaycan əyalətinin Yerli Su Şirkətinin başçısı Yasir Rəhbərdin son günlər yağıntıların çoxalmasına baxmayaraq əyalətin su bəndlərində su həcmininazaldığını deyib.

Hal-hazırda su bəndlərində mövcud olan suyun 633.6 milyon kubmetr oludunu xatırladan Rəhbərdin bunun ötən ilin oxşar dövrü ilə müqayisədə 24% az olduğunu bildirib.

Qeyd edək ki, su bəndlərində su həcminin az olması səbəbindən Urmu gölünün illik su payının buraxılmaması gölün sahəsinin kiçilməsinə səbəb olur.

Hazırda Urmu gölünün sahəsi 2027 kvadrat kilometrdir. Bu ötən ilin eyni dövründə 3324 kvadrat kilometr idi və bu müddət ərzində onun sahəsi 1297 kvadrat kilometr kiçilib.

Related Articles

Bir cavab yazın

Back to top button