Dünyaİran

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

“Melumat” informasiya agentliyi xəbər verir ki, Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etdiyi, habelə Suriyaya hərbi dəstək verdiyi iddiası ilə altı şəxsə və İranın pilotsuz təyyarə sənayesinin başqa bir hissəsinə sanksiya tətbiq edib.

Cümə axşamı günü Avropa İttifaqı Suriya hökumətinə, Rusiyaya hərbi dəstək verdiyi iddiası ilə İrana qarşı yeni sanksiyalar və məhdudlaşdırıcı tədbirlər tətbiq etdiyini açıqlayıb.

Avropa Birliyi bununla bağlı bəyanat yayıb və İrana qarşı yeni sanksiyaların, əsasən, hərbi pilotsuz təyyarələrin istehsalına yönəldiyini açıqlayıb.

Yeni sanksiya paketinə əsasən, Avropa şirkətləri və vətəndaşlarına sanksiya tətbiq edilmiş İran fərdləri və şirkətləri ilə iş görmək qadağandır.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button