Dünya

Kiyevdə partlayış – Ölən və yaralananlar var

Ukraynanın paytaxtı Kiyevdə çoxmərtəbəli binada partlayış baş verib. Hadisə zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.

Bu barədə “RBC Ukraina” Kiyev meri Vitali Kliçkonun teleqram paylaşımına istinadən məlumat yayıb.

“Partlayış Desnyansk rayonunda qeydə alınıb. Dağıntılar altından bir nəfərin meyiti tapılıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir”, – Kliçko deyib.

Fövqəladə Hallar Dövlət Xidmətindən verilən məlumata görə, 16 mərtəbəli binada qazın partlaması nəticəsində 4 mənzil dağılıb, 6 mənzilə isə ziyan dəyib. 18 nəfər xilas edilib.

Modern.az xəbər verir ki, fəsadların aradan qaldırılmasına 70 nəfər və 13 texnika cəlb olunub.

Related Articles

Bir cavab yazın

Back to top button