İran

İranda sement qiymətində artım olub

İranda əsas tikinti materiallarından olan siman bahalaşıb. Sofiyan Siman Fabrikasının İranın ən böyük siman təsislərindən olmasına baxmayaraq, bu günlərdə Güney Azərbaycan ustanlarında qıtlıq yaşanır. Bu durum Şərqi Azərbaycan ustanında zəlzələ zamanı xəsarət alan 1200 evin tikinti işlərinin dayandırılmasına səbəb olub. Hazırda bir torba siman 22.200 ilə 28.000 tümən arasında satılır. Toptan satışla dükanlar arasındakı qiymət fərqi də fürsətdən istifadə edənlərin olmasından xəbər verir. Məlumata görə, simanın bahalaşması Tirçə buluk və buluk kimi məhsulların qiymət artımına səbəb olub. Nəticədə ev qiymətləri də artırıb. Azərbaycanın Məskən-e Bunyad Sazmanının rəisi Hafiz Babapur simanın yüzdə yüz İranın yerli qaynaqlarında tolid edilməsinə diqqət çəkib. Siman qıtlığı və bahalığın təhrimlərlə bir ilgisi olmadığını bildirib. Sofiyan Siman Fabrikasının məsulları isə tolid potansiyellərinin yüzdə 34 çoxaldığını iddia edirlər. Fabrika məsullarının sözlərinə görə, hazırda 6500 ton siman tolid olunur. Vurğulayaq ki, 2 aydır ki Azərbaycan şəhərlərində siman qıtlığı müşahidə olunur. Bir çox satıcı Ermənistana xeyli miqdarda siman göndərilməsini ifşa edib.

Related Articles

Bir cavab yazın

Back to top button