İran

Əhməd Rıza Cəlalinin azadlığa buraxılmasi ilə bağlı çağırış edilib

Birləşmiş Milətlər Təşkilatının insan haqları üzrə mütəxəssisləri İran hökumətinə çağırış ediblər. Onlar Güney azərbaycanlı məhbus Əhməd Riza Cəlalinin dərhal həbsdən azad edilməsini istəyiblər. Cəlalinin 100 gün təkadamlıq otaqda saxlanıldığı, fiziki və ruhi basqılara məruz qaldığı vurğulanıb. Belə ki,o, iki dəfə durbin qarşısında dindirmə məmurlarının öncədən yazdığı bəyanatları oxumağa məcbur edilib. Bildirək ki, Beynəlxalq Əfv Təşkilatı janviyənin 13-də İran Məhkəmə Hakimiyyətinin başçısı İbrahim Rəisiyə məktub göndərib. Təşkilat Güney azərbaycanlı bilim adamı Əhməd Riza Cəlalinin edam hökmünün ləğv edilməsini istəyib. Ona qarşı göstərilən qanunsuzluqlara görə maddi təzminatın ödənilməsinin vacibliyi vurğulanıb.
Xatırladaq ki, İran-Sued vətəndaşlığı olan Əhməd Riza Cəlali 2016-cı ilin meyində Tehran Danişqahının dəvəti ilə İrana gedib. Daha sonra əmniyət orqanları tərəfindən tutuqlanıb və “İsrailin xeyrinə casusluq etmək” ittihamı ilə həbsə məhkum edilib. Tehran İnqilab Məhkəməsi tərəfindən 2017-ci ilin septambrında Cəlaliyə edam cəzası verilib. Çıxarılan hökm daha sonra İranın Ali Məhkəməsi tərəfindən də təyid edilib.

Related Articles

Bir cavab yazın

Back to top button