Azərbaycanİran

“Ölkədə 50 illik yarımçıq layihələr var”-Təbrizli millət vəkili

Təbrizin İran İslami Şura Məclisindəki nümayəndəsi və parlamentin Proqram, Büdcə və Hesablama Komissiyasının sədr müavini Seyid Məhəmmədrza Mirtacəddini mövcud problemlərin keçmiş hökumətdən qaldığını deyib.

“İslahatçıların və tənqidçilərin İbrahim Rəisinin fəaliyyətini bəyənməmələri yersizdir”-deyə, o, bildirib.

Millət vəkili hökuməti ölkə iqtisadiyyatının yolunda keçmişdən qalan maneələri aradan qaldırmağa çalışdığını iddia edib.

Mirtacəddini ölkədə çox sayda əhəmiyyətli layihələrin yarımçıq qaldığını vurğulayıb, onların yalnız uzun illər ərzində həllnin mümkün olduğunu söyləyib.

Qeyd edək ki, İbrahim Rəisi seçki qabağı təbliğat kampaniyasında qısa müddət ərzində, hakimiyyətinin ilk bir ilində yarımçıq layihələrin, o cümlədən Urmu gölünün bərpa işlərinin tamamlanacağı barədə söz vermişdi

Related Articles

Bir cavab yazın

Back to top button