Azərbaycanİran

Güneyli müəllim müvəqqəti azad edilib

O, etiraz aksiyalarına qoşulduğu üçün həbs edilmişdi.

Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərindən olan müəlim və mədəni fəal Məhəmməd Həsən Davudi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

O, oktyabrın 27-də təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Qoşaçay şəhərinin təhlükəsizlik idarəsinə aparılmış, orada dindirildikdən sonra Urmu şəhərinin təhlükəsizlik idarəsinin təcridxanasına köçürülmüşdür.

Məhəmməd Həsən Davudinin həbs edildiyi və təcridxanada dindieildiyi zaman ağır döyüldüyü üçün sağlamlığında ciddi problemlərin yarandığı bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button