İran

İranda gənclər dini təhsil almaqdan imtina edirlər

İranda yeniyetmə və gənclərin dini təhsildən imtina etməsi mollaların narahatlığına səbəb olub.

Bu barədə danışan İran Dini Mərkəzlərinin sədr müavini Hüseyn Melanuri dini təhsilə marağın azalmasından gileylənib:

“Son illər seminariyanın əsas problemi tələbə çatışmazlığıdır və biz tələb olunan sahələr üzrə tələbə sayını təmin edə bilmirik”.

Bir neçə gün öncə İran Ekspertlər Məclisinin nümayəndəsi Ayətullah Cəfər Sübhani İranda 50 min məscidin istifadəsiz qaldığını deyib.

Qeyd edək ki, İranda mollaların hakimiyyətə gəlməsindən bu günə kimi ölkədə dindarların sayı kəskin azalıb.

#İran #tehsil

Related Articles

Bir cavab yazın

Back to top button