İran

İranın nüvə fəaliyyətləri barədə yeni faktlar üzə çıxıb

“Reuters” ajansı və “Wall Street Journal” qəzetinin xəbərinə görə, İran keçən il IR2M santrifyujlar abşarını işə salıb. Bu xəbər qaynaqları Beynəlxalq Atom Enerjisi Ajansının raporuna istinadən belə bir bilgi yayıblar. Rapora əsasən, İran üç yeni abşardan birini də işə salıb və janviyənin 30-da uranium qazı vurulmasını həyata keçirib. Daha bir qabaqcıl santrifyuj abşarının quraşdırılmasını demək olar ki, başa çatdırıb. Dördüncü abşarla ilgili isə işlərə görülür. Vurğulayaq ki, atom anlaşmasına əsasən, İran zənginləşdirmə aparmaq üçün yalnız birinci nəsil santrifyujlardan istifadə edə bilər. Bildirək ki, İran dövləti bütün dünyanı öz atom fəaliyyətlərinin barış və elm hədəfli olmasına inandırmağa çalışır. Ancaq Beynəlxalq Atom Enerjisi Ajansı İranın atom silahı əldə etmək yönündə çalışmalar apardığını sübuta yetirib.

Related Articles

Bir cavab yazın

Back to top button