İran

İranın Fars əyalətində iki zabit öldürüldü

İranın Fars əyaləti valisinin siyasi, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini İsmayıl Mühibbipur iddia edib ki, iki Bəsic döyüşçüsü Laristanın Biram bölgəsində “münafiqlər” tərəfindən öldürülüb. "Münafiq" sözü İran hökumət rəsmilərinin İran Xalq Mücahidləri Təşkilatı üzvləri barədə işlətdikləri ifadədir.

O, hadisənin dünən, oktyabrın 14-ü səhər saatlarında baş verdiyini və SEPAH-a bağlı yarımhərbi Bəsic qüvvələrinin iki üzvünün silahlı atışma zamanı İran Xalq Mücahidləri Təşkilatına mənsub şəxslər tərəfinən öldürüldüyünü bildirib.

Öldürülənlərin kimliyi və silahlı qarşıdurma barədə məlumat verməyən İsmayıl Mühibbipur məsələnin araşdırıldığını deyib.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatı oktyabrın 14-də yaydığı hesabatda İranda baş verən nümayişlər zamanı 224 etirazçının, 24 hökumət məmurunun öldürüldüyünü bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button