İran

İranda ümumölkə qiyamının yatırılmasında şübhəli bilinən şəxslərin siyahısını açıqlayıb

"İrana Ədalət" hüquq müdafiə təşkilatı İranda ümumölkə nümayişlərinin yatırılmasında əli olan 16 əyalətdəki 200 hökumət adamının adlarından ibarət siyahısını dərc edib.

Ümumölkə nümayişlərində etirazçılara qarşı repressiyalarda rolu olan vali, ədliyyə rəisi, polis qüvvələri komandiri, İslam İnqilab Keşikçiləri Korpusunun komandiri və əyalət prokurorlarının adları və şəkilləri qeyd edilib.

İrana Ədalət təşkilatının rəhbərlərindən olan Şadi Əmin elan edib ki, bu məmurlar tutduqları mövqelərə görə etirazçıların yatırılmasında rol oynamaqda şübhəli bilinirlər.

O, dərc olunan 200 nəfərlik siyahının tam olmadığını və siyahının yenilənəcəyini bildirib.

Şadi Əmin bildirib ki, bundan sonra adı çəkilən insanlar şübhəlidən təqsirləndirilən şəxsə çevriləcək və bu hallar beynəlxalq arenada təqdim olunaraq İslam Respublikasının devrilməsinin ertəsi gün istifadə oluna bilər.

O, bununla yanaşı Argentina və Çili kimi digər ölkələrin təcrübəsinə istinad edərək, vətəndaşların bu insanların evlərinin və ya avtomobillərinin üzərinə yazı və ya işarə qoymaqla repressiyalarda rol oynadıqlarını bəyan edə biləcəklərini açıqlayıb.

Qeyd edək ki, ötən günlərdə İranda vətəndaşlar sosial şəbəkələrdə etirazçılara qarşı repressiyalarda iştirak edənləri əks etdirən görüntüləri dərc edərək repressiya məmurlarını müəyyənləşdirməyə və tanıtmağa çalışıblar.

Related Articles

Bir cavab yazın

Back to top button