İran

İranda səs gücləndiriciləri ilə rejim əleyhinə şüar səsləndirənlər tutulub

İranda İslam Cümhuriyyətinin qurulmasının 43-cü ildönümü ərəfəsində və ondan sonra əksər bölgələrdə rejim əleyhinə səs gücləndiricilər vasitəsilə şüarlar səsləndirilməkdədir.

İranda İslam Cümhuriyyətinin qurulmasının 43-cü ildönümü ərəfəsində və ondan sonra əksər bölgələrdə rejim əleyhinə səs gücləndiricilər vasitəsilə şüarlar səsləndirilməkdədir.

“Aznews tv”xəbər verir ki, bir neçə gün öncə Tehran vilayətinin Şəhriyar şəhərində də belə bir hal yaşanmışdı.

Belə ki, banklardan birinin səs gücləndiriciləri vasitəsilə “Xameneiyə ölüm”, “1988-ci il cəlladı Rəisi”, “Rəcəviyə eşq olsun”, “nə tac, nə əmmamə, axundun işi bitib” və digər bu kimi şüarlar səsləndirilmişdi.

Bu gün İran polisi yaydığı məlumatda səs gücləndiricilər vasitəsilə həmin şüarları yayan iki şəxsin həbs edildiyini bildirib.

Polis həmin şəxslərin “Xalq Mücahidləri Təşkilatın”dan pul alaraq bu cür addımlar atdıqlarını, habelə əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşadıqlarını iddia edib.

Related Articles

Bir cavab yazın

Back to top button