Dünya

Türkiyənin Artvin vilayətində güclü yanğın baş verib

Türkiyənin Artvin vilayətində güclü yanğın olub. Məlumata görə, hadisə Yusufeli şəhristanının Dereiçi kəndində qeydə alınıb. Kənddəki evlərdən birində baş verən yanğın sonradan başqa evlərə də yayılıb. Qeyd edilir ki, hadisə zamanı 50 ev yanıb, daha 10 evə ziyan dəyib. Alovun başqa evlərə yayılmasına güclü küləyin səbəb olduğu bildirilir. Əraziyə çoxlu sayda yanğınsöndürən və urjans maşını cəlb edilib. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button