İran

Ərdəbil-Miyana dəmir yolunun 62 kilometrinə reyl qoyulub

Ərdəbilin ustandarı Əkbər Behnamcu, Ərdəbil-Miyana Dəmir Yolu Milli Projəsinə baxışı zamanı deyib, “bu projə 1384-cü ildən başlayıb, indilik yüzdə 80 işləri irəliləyib, ümid edirik ki, bu il istifadəyə verilə biləcək.”
Behnamcu bu dəmir yolun uzunluğunu 175 kilometr olduğunu deyib və bildirib ki, “indiyədək Ərdəbil-Miyana dəmir yoluna 2 min 200 milyard tümən sərmayə yatırımı edilib. Hələ də bu xəttin təkmil olunmasına etibarlar təmin olunur. Bu xəttin alt döşəməsi peymankarların çalışması ilə yüzdə 90 irəliləyib, üst döşəməsi də yüzdə 80 irəliləyişlə davam etdirilir.
Ərdəbilin ustandarı sözlərinin davamında dedi: Ərdəbil dəmir yolu ölkənin ən çətin projelərindən biridir. Yolun 24 kilometri tuneldən ibarətdir. Yolda 450 körpü var. 30 körpü Ərdəbil-Miyana dəmir yolundadır.

Related Articles

Bir cavab yazın

Back to top button