İran

Müxalif iranlı qızlara məktəblərdə pornovideolar göstərilir

Hadisə Tehranda baş verib. Şagirdin təhlükəsizlik baxımından adı açıqlanmayan qohumu bildirib ki, bir din xadimi, hicablı qadın, uniformalı və mülki geyimli kişilərin müşayiəti ilə məktəbə gələrək 10, 11 və 12-ci siniflərin qız şagirdlərini bir otağa toplayıb.

Onlar etiraz edən tələbələri pornosəhnələrə, o cümlədən zorlamalar, insanlar və heyvanlar arasında cinsi əlaqəni əks etdirən videolara baxmağa məcbur ediblər.

Məktəbli qızlardan biri qohumuna söyləyib ki, hadisə bir qrup tələbənin etiraz aksiyalarına qatılmasından sonra baş verib:

“Bizə hər cür zorlama filmləri göstərdilər və xəbərdarlıq etdilər ki, etiraz aksiyalarında iştirak etsək, eyni aqibəti yaşaya bilərik. Onuncu sinif şagirdləri videolara baxdıqdan sonra göz yaşlarına qərq oldular. 11 və 12-ci siniflərin şagirdləri isə sinifdən çıxdılar. Ertəsi gün təxminən 400 şagirddən yalnız 50 məktəbli qız sinfə gəldi”

Related Articles

Bir cavab yazın

Back to top button