İran

Azərbaycanlı fəallar Ərdəbildə divarlara etiraz şüarları yazıblar

Azərbaycanlı mədəni fəallar dey ayının 27-də Ərdəbil şəhərinin divarlarına etiraz şüarları yazıblar. Onlar bu üsulla Ərdəbil zindanında saxlanılan Yusif Karinin məruz qaldığı haqsızlara etiraz ediblər. Divar yazılarında Ərdəbil zindanındakı siyasi məhbuslara edilən basqılara diqqət çəkilib. Karinin aclıq etisabının dinc və barışcıl etiraz olduğu vurğulanıb. Qeyd edək ki, Yusif Kari deyin 27-ə kimi qərəntinədən öz bəndinə qaytarılmayacağı təqdirdə aclıqla yanaşı quru etisaba başlayacağını bildirib. O, etisabın nəticələri ilə bağlı məhkəmə məsulları, zindanın rəisi və nəzarətçisi dadyarın məsuliyyət daşıdığını qeyd edib. Bildirək ki, fəal dey ayının 22-də müalicə mürəxəsisi ilə bağlı zindan məsullarına ərizə yazıb. Zindanın dadyarı Sepehri fəalı öz dəftərinə çağırıb. O, siyasi fəallara qarşı təhqiramiz ifadələr işlədib və onların hüquqlarını tanımadığını deyib. Kari Sepehrinin tohin və təhqirləri, habelə zindanın 8-ci bəndinə köçürülməsi səsəbilə 1399-cu ilin 25 deyindən aclıq etisabına başlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button