İran

Bezmiş vətəndaş islam qaydalarına çağırış edəni döyüb

İranın Şahrud rayonu polis komandirinin bildirməsinə görə, islam qaydalarına çağırış edəni döyən şəxs saxlanılıb.

“İslam qaydalarına çağırış edən vətəndaş rayonun alış mərkəzlərinin birində yaxşılığa əmr edib, pislikdən çəkindirmə öhdəliyini yerinə yetirərkən mağaza sahibi tərəfindən söyülərək döyülüb.

Olaydan sonra Polis Bölməsinin məmurları hadisə yerinə göndərilib. Vətəndaşı söyən şəxs saxlanılaraq tədqiqat üçün məhkəmə orqanına təhvil verilib”, – deyə Şahrud rayonu polis qüvvlərinin komandiri Əlirza Şahini açıqlama verib.

İran əhalisi aşırı dini təbliğata məruz qalaraq artıq həyatlarının sərbəstliyi pozulduğuna görə bezmə həddinə çatıb.

Beynəlxalq hüquq normaları və insan haqlarına əsasən, heç bir şəxs başqasının həyatına müdaxilə etmək hüququna malik deyil.

#İran #İslam

Related Articles

Bir cavab yazın

Back to top button