İran

İranın sərnişin təyyarələrinin çoxunun istifadə müddəti bitib

Təyyarələrimizin əksəriyyəti köhnəlib və istifadə müddəti bitib.

“ Sanksiyalar səbəbindən yenilərini idxal edə bilmirik”, – bunu İran məclisinin İnşaat və Abadlaşdırma Komissiyasının üzvü Qulamrza Şəriəti deyib. O bildirib ki, istifadədə olan uçaqların sayı da azdır:

“Həmçinin sayca da təyyarə azlığı problemi yaranıb. Əlbəttə, keyfiyyət və təmir baxımından da problemlərimiz var. Bu məsələləri ört-basdır etmək anlamsızdır.

Başqa problemdə budur ki, sərnişindaşıma şirkətləri biletləri bahalaşdırır. Səbəb kimi təyyarə yanacağının bahalaşmasını göstərirlər”.

Onun sözlərinə görə, qiymətlər reallığa uyğunlaşdırılmasa, uçuş xidməti göstərən şirkətlər müflis ola bilərlər.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button