İran

Möhsün Pirhadi Aban etirazlarına dair hesabatın nəşr olunmasını istəyib

Tehran əhalisinin Məclisdəki nümayəndəsi və Məclisin Rəyasət timinin üzvü Möhsün Pirhadi Aban etirazları ilə bağlı hazırlanan rəsmi raporun bəlli hissəsinin nəşr olunmasını tələb edib. Bu məqsədlə o, Milli Əmniyyət Ali Şurasının dəbiri Əli Şəmxaniyə namə göndərib. Namədə etirazlarla ilgili Milli Əmniyyət Ali Şurasının Dəbirxanası tərəfindən hazırlanan raporun “məhrəmanə olmayan qismətinin” nəşr olunması istənilib. İstəklər sırasında “etirazlarda ölənlərin ailələri və xəsarət alanlar barəsində Şuranın məşğul olduğu və gördüyü işlərin” nəticələrinin də nəşr olunması məsələsi yer alır. Bundan başqa, Möhsün Pirhadi Aban etirazçılarının bəzilərini silahdan istifadə etməkdə ittiham edib. O, Milli Əmniyyət Ali Şurasının dəbiri Əli Şəmxani və Əli Xameneiyə yaxınlarını itirmiş ailələrin hamısına qan pulu ödənilməsini və silahlı olaraq ölmüş etirazçılar barədə lazımi işlərin icrasını önərib.
Məsələyə Milli Əmniyyət Ali Şurasının dəbiri Əli Şəmxani aydınlıq gətirib. Şura rəsmisi deyib ki, 98-ci il olayları ölkədə toplum ilə ilgilərin təşkilinə dair zəif məqamların ortaya çıxmasına səbəb olub. Onun sözlərinə görə, bu səbəbdən də etirazlar ölkənin əmniyyətinə təhlükə yaranmasına səbəb ola bilər.

Related Articles

Bir cavab yazın

Back to top button