Dünyaİran

Çinli turistlərin də İrana səfəri kəskin azaldı

İranın çinli turistlərə əlavə imtiyazlar nəzərdə tutmasına baxmayaraq, onların bu ölkəyə səfəri kəskin azalıb.

Bu abrədə İranın Hava Səyahətləri və Turizm Şirkətləri Assosiasiyasının sədri Hörmətullah Rəfii deyib.

O, son vaxtlar İrana səfər edən çinlilərin sayının sıfıra yaxınlaşdığını bildirib.

“Çinli turist ümumiyyətlə dövlət turistidir və çinlilər üçün turizm istiqamətləri onların hökuməti tərəfindən əvvəlcədən müəyyən edilir”,- Rəfii qeyd edib.

Qeyd edək ki, xüsusən son illər İrana turizm məqsədilə səfər edənlərin sayı kəskin azalıb və  tur operatorlarının 90%-i fəaliyyətini dayandırıb.

Bir müddət əvvəl İran Turizm Bələdçiləri Birliyinin rəhbəri İbrahim Purfərəc xarici turistlərin İrana səfər etmədiklərini deyib.

O, Avropa Birliyinin SEPAH-a qarşı sanksiyalar tətbiq etməsi və bunun mediada yayılmasının avropalılarda İranafobiyaya səbəb olduğunu və onların İrana səyahət etməkdən çəkinməsi ilə nəticələndiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button