Azərbaycan

Prezident kuboku-2022” başa çatdı

Akademik avarçəkmə yarışlarında Azərbaycan komandası birinci oldu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatası başa çatıb.

Qarabağ üzrə bölgə müxbiri Xəbər ver ki Yarışın ikinci günündə Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq idmançı akademik avarçəkmə növündə mübarizə aparıb.

Azərbaycan milli komandası 3 yaş kateqoriyasında yarışlarda 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.

Xatırladaq ki, Suqovuşan su anbarında reallaşan turnirin birinci günündə seçməmiz kayak və kanoe növlərində 7 qızıl, 10 gümüş və 8 bürünc medala sahib olub. Ümumi komanda hesabında akademik avarçəkmə yarışlarında Azərbaycan, kayak və kanoe yarışlarında isə Türkiyə idmançıları birinci olublar.

Related Articles

Bir cavab yazın

Back to top button