Azərbaycanİran

Təbrizdə Türkiyə konsulluğu qarşısında aksiya keçirildi

Təbrizdə Türkiyə konsulluğunu qarşısında etiraz aksiyası keçirilib və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğana qarşı şüarlar səsləndirilib.

Bu barədə SEPAH-a bağlı media kanalları məlumat yayıb.

SEPAH və ona bağlı yarım hərbi “Bəsic” üzvləri, hökumətin tələbə cəmiyyətləri nümayəndələri Türkiyə prezidenti qəzzalılara yardım etməməkdə ittiham ediblər.

Aksiyaya qoşulan məhdud sayda aksiyaçının “Ərdoğan qəzzalılardan utan” şüarları ssləndirmələri vətəndaşların etirazları ilə qarşılaşıb.

Yerli əhali aksiyanın keçirilməsinə mane olmaq istədiklərinə görə, hadisə yerinə polis qüvvələri cəlb edilib, aksiyaçılara etiraz edənlər oradan uzaqlaşdırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button