Dünya

Dominik rab: “çin uyğurların hüquqlarını pozur”

“Çin hakimiyyəti, uyğurlarla baglı insan haqlarını “kobud şəkildə” pozur”. Bu sözləri İngiltərənin Xarici İşlər Vəziri Dominik Rab BBC-yə verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, Şərqi Türküstandakı Uyğur müsəlmanları ən şiddətli insan haqları pozuntularına məruz qalır. “Çin insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyır. Günahkarlar cəzalandırılmalıdır” deyə o əlavə edib. Bildirilib ki, London da bu məsələdə müttəfiqləri ilə birlikdə çalışacaq. “İnsanları zorla əqim və sonsuz edib işkəncə vermək uzun müddətdir görmədiyimiz işləri xatırladır”-deyə vəzir vurğulayıb. O, Çinin Şərqi Türküstan sakinlərinə qarşı hərəkətlərini “dəhşətli və utanc verici” adlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button