Dünya

Zelenski Baydenə təşəkkür etdi: “Bu, tarixi addımdır”

Prezident Volodimir Zelenski ABŞ lideri Co Baydenin Ukraynaya lend-liz əsasında silah tədarükü haqqında qanunu imzalamasını tarixi addım adlandırıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviter səhifəsində paylaşım edib.

“Azadlığımız və gələcəyimiz uğrunda mübarizədə Ukraynanı dəstəklədiklərinə görə Co Baydenə və ABŞ xalqına minnətdarıq. Bu gün lend-liz qanununun imzalanması tarixi addımdır”, – paylaşımda deyilir.

Qeyd edək ki, mayın 9-da ABŞ Prezidenti Co Bayden Ukrayna ilə bağlı lend-liz qanununu imzalayıb. Qanun Kiyevə hərbi yardımın göndərilməsini sadələşdirəcək. Sənəd ABŞ Prezidentinə Ukraynaya silah göndərmək, eləcə də digər məqsədlər üçün daha geniş səlahiyyətlər verəcək.

Sonuncu dəfə lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan silah və digər hərbi vasitələr ABŞ-ın müttəfiqlərinə göndərilib.

Related Articles

Bir cavab yazın

Back to top button