İran

Güney Azərbaycanda ordumuza dəstək aksiyaları davam edir

Təbriz sakinləri şəhərin Elgölü parkında Azərbaycan bayrağını dalğalandıraraq Azərbaycan Ordusuna dəstək vərəqələri yazıblar. Onlar həmin vərəqələri Təbriz şəhərinin müxtəlif yerlərində paylayıblar. Beləliklə, xalqı bu gün keçiriləcək Qarabağa dəstək aksiyasına dəvət ediblər. Azərbaycan dövlətinə və xalqına ünvanlanan qısa bəyaniyədə deyilir: “Biz Güney Azərbaycan vətəndaşları sizinləyik”. Bildirək ki, septambrın 28-də Ərdəbil sakinləri şəhərin Şəhriyar məhəlləsindəki Ceral parkında ordumuza dəstək hədəfli aksiya keçiriblər. Məlumata görə, aksiya zamanı çox sayda milli mədəni fəallar əmniyət, habelə intizamı qüvvələri tərəfindən tutuqlanaraq bilinməyən yerlərə aparılıb. Eyni vaxtda bir qrup başqa ərdəbilli gənc Şeyx Səfiəddin türbəsində plakatlar ucaldıb. İşğal altındakı Qarabağ bölgəsinin azadlığı uğrunda Azərbaycan Ordusunun irəliləməsinə dəstək veriblər. Plakatlarda “Bir millət sizin arxanızdadır, Azərbaycan əsgəri!” şüarı yazılıb.

Related Articles

Bir cavab yazın

Back to top button