İran

Balıxlı çayına lazimi miqdarda su axıdılmır

Ərdəbil Vilayətinin Yaşam Çevrəsini Qoruma İdarəsinin rəisi ictimai şəbəkələrdə Balıxlı çayda balıqların tələf olması ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib. Fazil Əbdinin sözlərinə görə, bu duruma yağıntıların azlığı və ilgili qurumların gərəkli su haqqını ayırmaması səbəb olub. O, bildirib ki, çaya gərəkli suyun ayrılması ilə bağlı ilgili qurumlara dönələrlə müraciət edilib. Ancaq heç bir nəticə əldə olunmayıb. Balıxlı çayın canlandırılması üçün su haqqının ayrılmasının vacibliyi diqqətə çatdırılıb. Bu işlərin Gölməçələrin Dağıdılması və Bulanmasının Qarşısını Almaq Ainnaməsinə uyğun şəkildə həyata keçirilməsi istənilib.

Related Articles

Bir cavab yazın

Back to top button