Azərbaycanİran

Güney Azərbaycanın siyasi təşkilatlarının 1 mart saxta seçkiləri və Qərbi Azərbaycandakı rejimin fitnələri ilə bağlı analitik açıqlama bəyanatı

Güney Azərbaycanın siyasi təşkilatlarının 1 mart saxta seçkiləri və Qərbi Azərbaycandakı rejimin fitnələri ilə bağlı analitik açıqlama bəyanatı yayıblar

🔷 Güney Azərbaycanın siyasi təşkilatlarının 1 mart saxta seçkiləri və Qərbi Azərbaycandakı rejimin fitnələri ilə bağlı analitik açıqlama bəyanatı

🔹Martın 1-də keçirilən seçkilər hər baxımdan şou və planlaşdırılmış seçki idi və bunu sözün əsl mənasında təyinat adlandırmaq mümkündür. Çünki bu seçki şousunda seçilmək və seçmək hüququna zərrə qədər də hörmət edilmədi. Bu seçkidə nəinki rejimə qarşı cərəyanlar, hətta rejim daxilindəki cərəyanlar və hətta fundamentalist cərəyanlar belə uzaqlaşdırıldı ki, İslam Şurası və Üləma məclisləri yüzdə yüz faiz itaətkar olsunlar və özlərinə görə ən kiçik bir iradəyə malik olmadan formalaşsınlar.

🔹Bu saxta və göstərişlə təşkil edilmiş məclislər, ən kiçik müqavimət və tənqid etmədən Xamneyinin davamçısı ağazadə Müctəba Xamneyi olduğu deyilən şəxsin təsdiq edilməsi vəzifəsini yerinə yetirəcək.

🔹Baxmayaraq ki, İran İslam Respublikası rejiminin zərərli həyatı dövründə heç vaxt azad seçkilər keçirilməyib; Lakin bu gün hətta rejimin daxili rəqabətindən belə xəbər yoxdur, hətta ən yaxın adamlar belə sıradan çıxarılıb ki, seçkilər öz mənasını tamamilə itirsin, parlament və onun nümayəndələri dekorativ elementə çevrilsin.

🔹Halbuki rejim və diktatorun özü, yəni Xamneyi üçün xalqın səsi deyil, xalqın hələ də rejimin yanında olduğunu və onu dəstəklədiyini dünyaya göstərmək üçün xalqın seçki məntəqələrində izdihamlı şəkildə hazır olması lazımdır. Xamneyinin özünün və rejim liderlərinin dəfələrlə vurğuladığı kimi, ehtiraslı və izdihamlı keçən seçki şousu yalnız legitimlik və sistemə sədaqət sübutu olacaq.

🔹Ölkənin müxtəlif regionlarının əhalisi çox ciddi dolanışıq problemləri ilə üzləşdiyi, yoxsulluq, işsizlik və hər cür sistematik korrupsiya tüğyan etdiyi halda, qadınlar, gənclər, işçilər, müəllimlər, təqaüdçülər və digər sosial təbəqələr məşəqqət və haqsızlıq ucbatından çıxılmaz vəziyyətə düşdüyü bu şəraitdə, ağır siyasi, iqtisadi, mədəni və sosial təzyiqlər altında məzlum xalqların beli büküldüyü, rejimin hər cür tənqidə, müxalif fikirlərə yolu bağladığı, hər sivil etiraza güllə və repressiya ilə cavab verdiyi, həbsxanaların dolu olduğu bu dövrdə, siyasi və vicdan məhbusların və dünyada edamların sayı rekordlar qırdığı, avantürist xarici siyasətin təsiri və Qərblə kor-koranə qarşıdurma vətəndaşların həyatını dözülməz həddə çatdırdığı bu durumda… vətəndaşlar niyə rejimin saxta seçkisində iştirak etməli və ona legitimlik verməli idi?!

🔹Elə buna görə də, əhalinin əksəriyyəti bunu etmədi və rejimi ömrünün ən dərin legitimlik böhranı ilə baş-başa buraxdı. Rejimin bütün ölkədə irəli sürdüyü 40% seçki fəallığı statistika iddiasına baxmayaraq, bu, rejimin keçmişdəki dövrlərdə təqdim etdiyi öz statistikalarına görə İslam Respublikası tarixində ən aşağı seçki fəallığını göstərir. Obyektiv müşahidələr və təxminlər göstərir ki, bütün ölkədə seçki fəallığı təxminən 20%-dən çox olmayıb. Böyük şəhərlər təxminən 10%-dir. Bu statistikalar, şübhəsiz ki, rejim üçün tarixi uğursuzluqdur və xalqın İslam Respublikası rejiminə yox dediyi mənasındadır.

🔹Bu arada, aylar əvvəldən proqnozlaşdırması çox da çətin olmadığı kimi, Azərbaycan Türk xalqı problemlərin əsl mənbəyi olan orta əsr rejimi və dini hakimiyyətin strukturu olduğunu düzgün şəkildə müəyyənləşdirdiyi üçün geniş boykotla saxta seçkilərdə iştirak etməkdən imtina edib.

🔹Dəlillər göstərir ki, Təbriz, Urmiyə, Zəncan, Ərdəbil, Qəzvin, Həmədan, Kərəc və Tehran kimi tamamilə və ya əsasən Türk olan böyük şəhərlərdə insanların fəallıq nisbəti 10%-dən çox deyil.

🔹Səbəbsiz deyil ki, rejim tam bir təyinat prosesində və ilk turda xalq arasında zərrə qədər də qəbul olunmayan, manqurd və satqın kimi titullarla tanınan və anılan Mütəfəkkir-Azad və Pezeşkiyan kimi satılmış ünsürləri sözdə Təbriz millət vəkili adı ilə legitimsiz və itaətkar məclisə göndərib. Sözsüz ki, belə insanlar heç vaxt Türk xalqının nümayəndəsi olmayıb və bundan sonra da olmayacaqlar. Çox qatlı süzgəclərdən keçmiş, məclisə və inqilab keşikçilərinə tam sədaqətini sübuta yetirən bu adamlar xalqın nümayəndəsi deyil, rejimin nümayəndələridir.

🔹Lakin bu arada, Azərbaycanın qərb bölgələrinin, xüsusilə Makı, Sulduz, Urmiyə şəhərlərinin mürəkkəb və problemli vəziyyəti, Azərbaycan Türk millətinin diqqət mərkəzində olub və xalqı olduqca narahat edib. Bu saxta seçkilərin gedişatı və nəticələri göstərdi ki, İran İslam Respublikası rejimi Qərbi Azərbaycanda, İranşəhri-terror qrupları (xüsusən PKK-PJAK) müttəfiqlik xətti ilə siyasi-inzibati strukturun və nəhayət əhalinin Türk xalqına qarşı dəyişdirilməsi layihəsinin yeni mərhələsinə qədəm qoyub.

🔹Qısa tarixi məlumat kimi qeyd etmək lazımdır ki, Azərbaycan Türklərinin Türküstandan (Xəzər dənizi vasitəsilə) və Anadolu Türklərindən ayrılması layihəsi köhnə rus layihəsidir ki, Türk dünyasının coğrafi əlaqəsini kəsmək və bu əraziləri daha asan ələ keçirmək məqsədi ilə ruslar tərəfindən həyata keçirilmiş və müəyyən nəticələrə də çatmışdır. İranda İngiltərə, hakimiyyəti tamamilə fars millətçiliyinə təhvil verərək, onu hökumət gücünə çevirdikdən sonra bu siyasət şimal qonşusundan kopyalanıb və illər ərzində enişli-yoxuşlu bir yol keçdikdən sonra günümüzə gəlib çatıb.

🔹İranda Azərbaycanın tarixi ərazisinin kiçildilməsi, coğrafi baxımdan Xəzərdən və Türkiyədən ayrılması layihəsinin uzun tarixi var. Amma bu layihənin yerinə yetirilmə cəhdləri son illərdə və bir çox daxili və xarici amillərin vasitəsilə (ölkənin müxtəlif bölgələrində Türk vətəndaşlarının öz kimliyinə qayıtmasının görünməmiş şəkildə artması, milli hüquqlara əsaslanan mütəşəkkil mübarizələrin ortaya çıxması və ardıcıllığı, Türk Dövlətlər Təşkilatı adlı amilin güclənməsi, Bakı-Ankara strateji müttəfiqlik oxunun güclənməsi, Azərbaycanın ikinci Qarabağ müharibəsində strateji qələbəsi və bu məsələdə İranşəhri-terror qrupları ittifaqının strateji məğlubiyyəti) xüsusilə Azərbaycanın qərbində nəzərəçarpacaq sürət qazandı.

🔹Azərbaycanın qərb bölgələrində PKK üçün çoxsaylı düşərgələr yaratmaq və bu düşərgələrdən Ermənistana və Qarabağın işğal olunmuş ərazilərinə terrorçu göndərmək üçün baza kimi istifadə etmək, Qərbi Azərbaycan şəhərlərində PKK-nın maliyyə, maddi-texniki və tibbi strukturlarını yaratmaq; PKK ilə sıx əlaqələri olan kürd valiləri müəyyən edərək, vilayətin siyasi-inzibati quruluşunu Simkolar (Urmiyə qəssabı kimi tanınan İsmail Simko-nun nəslindən olanlar) və Naci Şərifi Zindəşti kimi mafiya-qaçaqmalçı-terrorçu dəstələrin əlinə buraxaraq, başda PKK olmaqla terror qruplaşmalarının tərəfdarlarının xeyrinə bu ərazidə siyasi-inzibati strukturun dəyişməsinə start verilməsi və onları yaxşı, xeyirxah və ağsaqqallar kimi təbliğ edib onlara legitim qazandırmaq, İran rejiminin son illərdə Qərbi Azərbaycanda ən mühüm əməllərindən biridir. Bu tədbirlərin intensivliyi o həddə çatıb ki, məsələ hətta mediaya və beynəlxalq siyasi dairələrə də şamil olunub.

🔹Maraqlıdır ki, İran rejiminin və xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusunun bu hərəkətləri sözdə cümə imamları adlandırılan və sözdə Azərbaycan kimlik məsələsinə əhəmiyyət göstərən Türk kimliyini müdafiə edən və həmin argumentlərlə keçmişdə xalqdan səs qazanan deputatların gözü qarşısında həyata keçirilib. Lakin praktikada nəinki zərrə qədər etiraz etmədilər, hətta rejimin icraçı qolu və ya təhlükəsizlik klapanına çevrildilər; Qazipur, Bahadıri, Həzrətpur, Zakir və sair kimiləri! Təbii ki, bu insanların keçmişinə az da olsa qısaca nəzər salsaq, görəcəyik ki, biz bu itaətkar, mənfəətpərəst, tənbəl və acgöz şəxsiyyətlərdən bundan artığını gözləyə bilmərik.

🔹Son seçki şousunda vəziyyət daha öncədən tamamilə aydın idi. Hakim Məmkan kimi Qərbi Azərbaycandakı PKK-PJAK şəbəkəsi ilə əlaqəsi adi vətəndaşlara belə məlum olduğu halda, namizədliyi təsdiqlənir; rejimin rəsmi orqanları tərəfindən uzun müddətdir qara keçmişi təmizlənməkdə olan beynəlxalq terrorçu Naci Şərifi Zindəşti kimi bir şəxs, xeyirxah və ağsaqqal kimi ortaya çıxır və Məmkan bəyin və onun dostlarının təbliğatına maliyyə cəhətdən dəstək verərək, minlərlə vətəndaşdan şəxsiyyət vəsiqəsi seriyasını (yəni səs vermək üçün şəxsiyyət vəsiqəsini almaq üçün pul xərcləyir) pul ilə satın alır; İnqilab Keşikçiləri Korpusunun tam yaşıl ışığı ilə digər əşirə > başçıları Qaqarin Simko başda olmaqla, PKK ilə əlaqəsi olan namizədin arxasına düzülərək ona dəstək verirlər. Pərdəarxası səhnə tam aydın deyilmi?!

🔹Mafioz-terrorçu dəstələrin rolunu daha yaxşı müəyyən etmək üçün qısaca olaraq cənab Məmkan və onun dostlarının əsas dəstəkçilərindən olan cənab Qaqarin Simkonu qeyd edək. Urmiyə qəssabının nəvəsi Qaqarin Simko və onun oğlu Arman (Bevar) “Simko mafioz-terrorçu dəstəsi”nin başındadırlar, İnqilab Keşikçiləri ilə PKK arasında olan əlaqənin vasitəçilik vəzifəsini yerinə yetirməklə birgə Urmiyənin qərb bölgələrində narkotik və insan alveri marşrutlarına nəzarət edirlər.

🔹Qaqarin Simko İran rejiminin Türkiyədə israilli turistlərə sui-qəsd cəhdi zamanı Türkiyədə terror təşkilatçısı kimi həbs edilib. O və onunla əlaqəsi olan Firuz adlı şəxs, (əslən Türk və Urmiyəli, bir müddət Xan Çoban adı altında ifrat millətçilik argumenti ilə Güney Azərbaycanın bəzi siyasi təşkilatlarına sızmış idi) ki ona qalmağa yer, avtomobil və telefon təmin etmişdi, həbs edilərək, İrana təhvil verilib. Bu rüsvayçılıqdan sonra, (Türkiyədə İsrailli turistlərə sui-qəsd planının ifşası) Hüseyn Taeb, Sepah Kəşfiyyat Təşkilatının rəhbərliyi məsuliyyətindən uzaqlaşdırıldı.

🔹Bu məqamları qeyd etmək ona görə vacibdir ki, Qərbi Azərbaycanda seçki oyununun idarəçilərinin kimlər olduğu müəyyən olsun.

🔹Göründüyü kimi, xalqın seçkiləri geniş şəkildə boykot etməsinə baxmayaraq, bu insanlar seçkini qızışdırmaq üçün əllərindən gələni əsirgəməmiş, hətta başqa şəhərlərdən milli kod (səs verirkən qeyd olunması lazım olan şəxsiyyət vəsiqəsi seriyası) toplayıb on minlərlə səs satın almaqla seçkilərdə seçki fəallığı nisbətinin süni şəkildə artırılmasına çalışmışlar, həm də istədikləri namizədi saxta məclisə göndərməyə cəhd etmişlər.

🔹Bu məsələ ilə bağlı Azərbaycan vətəndaşları arasında iki fikir var.

🔹Bir qrup hesab edir ki, bu siyasi oyunu məğlub etmək üçün Qərbi Azərbaycanda maksimum səs toplanması ilə, manqurd olsa belə, Türk əsilli insanlar parlamentə göndərilməlidir. Çünki bu şəkildə müvəqqəti də olsa, bu siyasi oyunun tərəfdarlarının təbliğatının və saxta statistika yaratmaqlarını dayandırmaq olar.

🔹İkinci qrup da hesab edir ki, birincisi, səslərin düzgün hesablanması ilə bağlı əminlik yoxdur və olsa belə, bu, oyunun əsasını dəyişməkdə heç rol oynamır. Rejimin orqanları oyunun baş rejissoru və səhnə tərtibatçısıdır və indiyə qədər Qərbi Azərbaycanda bütün siyasi oyunlar sözdə Türk kimliyinə əhəmiyyət göstərən nümayəndələrin gözü önündə və onların tutduğu sakit mövqey ilə həyata keçirilib. Əsas məsələ rejimin varlığı və ona hakim olan təfəkkürdür. Buna görə də, xərçəngli bir şişi müalicə etmək üçün ağrılı bir müalicə yolu lazım ola bilər və ağrıkəsici həbləri yalnız ölümü yaxınlaşdırır.

🔹Hər iki fikirlə bağlı çağırışlar və bəyanatlar verildi və nəhayət, cəmiyyətin əksəriyyətinin rəyinin ikinci varianta daha yaxın olduğu və əksəriyyətin problemin hakim sistemdə olduğunu və bunun hədəfə alınmalı olduğu qənaətində olduğu müşahidə olundu. Rejimin aləti olan sözü gedən qrupların hədəf alınması ağrı kəsici ola bilər, amma müalicə ola bilməz.

🔹Bu arada rejimin qurumları ilə həmfikir olan bəzi şəxslər bu fikir ayrılığını Azərbaycanın milli hərəkatında daxili ixtilafa çevirməyə və bu məsələdə problemi İranşəhri-Terror ittifaq xəttinin zəminindən çıxarıb milli hərəkatın meydanına gətirməyə çalışırlar.

🔹İslam Respublikası kimi diktatura ideologiyalarına xas olan böhtan atmaq və mürtəd elan etmək argumentlərinə əl ataraq, Azərbaycan Milli Hərəkatında ixtilaflar yaratmaqda bu insanların keçmişini nəzərə alaraq, Milli Hərəkat fəalları və Türk milləti bu məsələdə ayıq olmalıdır.

🔹Qərbi Azərbaycanda demoqrafiya və siyasi-inzibati strukturun dəyişdirilməsi məsələsinə gəlincə, cavabdeh mövqeyi və məsuliyyət daşıyan cərəyan İranşəhri-terror cərəyanları birliyidir və bu durumun Azərbaycan Milli Hərəkatının əleyhinə çevirilməsinə icazə verilməməlidir ki, hərəkatımızın insanlarının enerjisi boş daxili mübahisələrə sərf olunmasın.

🔹Biz Güney Azərbaycan təşkilatları bəyan edirik ki, biz millətimizin kimlik və torpaq mübarizəsinin yanındayıq. Biz millətimizin fikrinə və səsinə hörmətlə yanaşırıq və əminik ki, millət regionda baş verən hadisələri və terror qruplaşmalarının hərəkətlərini lazımi səviyyədə müşahidə edərək Azərbaycan torpağının bədxahlarına qarşı mübarizə qalasını tərk etməyəcək. Biz hər zaman millətimizin yanında olacağıq və bu isə tarixin doğru tərəfində durmaqdır.

🔹İranda bütün məzlum xalqların əsas problemi bütün hüquq və azadlıqları zülmün məngənəsi altına almış İslam Respublikasının diktator rejimidir. Rejimin saxta məclisi və onun təyin etdiyi nümayəndələr legitim deyil, xalqı təmsil etmirlər, etibarsızdırlar.

🔹Qurtuluşun təkcə yolu bu rejimin devrilməsindən keçir, əks halda, problemlərin heç biri düzgün və təməlli şəkildə həll olunmayacaq. Qərbi Azərbaycanda terror probleminin digər məsələlər kimi bu rejimin devrilməsindən sonra demokratik yolla həlli və bunu Azərbaycan xalqının istənilən qrupdan və düşüncədən olan legitim nümayəndələrinin azad iradəsi ilə həll etmək olar, diktatura rejimi və terrorçu qruplarla qarşılıqlı əlaqə yolu ilə deyil.

🔹Şübhəsiz ki, ölkənin bütün bölgələrini, o cümlədən Güney Azərbaycanı mürtəce-faşist rejimin caynağından xilas etməklə yanaşı, qanuni müdafiə hüququna və xalqın ümumi iradəsinə arxalanaraq, Qərbi Azərbaycanı terror qruplaşmalarından təmizləmək, problemin son həlli üçün əsas yol olacaqdır.

🔹Yaşasın Güney Azərbaycanda və İranın digər bölgələrində Türk millətinin qurtuluş mübarizələri
🔹Yaşasın İranda məzlum xalqların mübarizəsi

🔸Azərbaycan Mərkəz Partiyası – AMP

🔸Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş

🔸Azərbaycan Öyrənci Hərəkəti – AZOH

🔸Güney Azərbaycan Demokrat Partisi

04/02/2024

Related Articles

Bir cavab yazın

Back to top button