Azərbaycanİran

Güney Azərbaycanda qışın ilk günü: “Çillə gecəsi”

Bu gün ilin ən uzun gecəsi, qışın ilk günü olan “Çillə gecəsi”dir (Yəlda gecəsi, Şəbi Yelda).

“Çillə” sözü “çətinlik, qaranlıq, ağırlıq, yük” və s. mənaları ifadə edir. Yəni “Çillə gecəsi”nin keçirilməsi ilə bütün il ərzində olan çətinliklər geridə qalır.

Güney Azərbaycanda “Çillə gecəsi” mərasimləri xüsusi təntənə ilə qeyd olunur. Həmin mərasimə 2-3 gün qalmış evlər təmizlənir və səliqəyə salınır, sonra isə müxtəlif yeməklər hazırlanır. Süfrəyə quru meyvələr, qovurğa, qarpız, noğul, qatıq və s. qoyulur. Qarpız “Çillə gecəsi”nin ən əhəmiyyətli atributu sayılır. Buna görə də bayram günü, demək olar ki, bütün evlərdə çillə qarpızı kəsilir.

Təbrizdə “Çillə gecəsi” mərasimi adət-ənənələri içərisində ən maraqlısı bayatı falı tutmaq ənənəsidir. Subay qız və oğlanlar heç kimlə danışmadan, arxaya baxmamaq şərtilə bulaq başına gedərək, su gətirərlər, bir kasaya doldurub, fal açarlar. Su dolu kasaya hər bir fal açdıran qızdan bir nişanə – üzük, sancaq, muncuq və s. salınar. Sonra isə kasa başında çillə nəğməsi oxuyan bir nəfər növbə ilə bu əşyaları çıxarıb, sahibinə qaytarar, eləcə də falın açılması bayatıların söylənilməsi ilə davam edər.

Bu bayram, həmçinin Quzey Azərbaycanın Cənub bölgəsində də qeyd olunur.

Related Articles

Bir cavab yazın

Back to top button