Dünya

Avropa İttifaqı Qarabağda döyüş əməliyyatlarının dayandırılmasını dəstəkləyir

Avropa birliyi Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında novambrın 9-da imzalanmış atəşkəs razılaşmasının ardından Dağlıq Qarabağda nizami əməliyyatların dayandırılmasını alqışlayır. Bu barədə Avropa birliyinin Mətbuat xidmətindən məlumat verilib.
Birliyin bəyanatında deyilir:
“Avropa birliyi tərəfləri insan itkisinin qarşısını almaq üçün atəşkəsin ciddi şəkildə qorunmasının davam etdirilməsinə çağırır. Avropa birliyi atəşkəsin maddələrinin yerinə yetirilməsini, özəlliklə də nəzarət mekanizmi ilə ilgili prosesləri yaxından izləyəcək.
Avropa birliyi bir daha Avropada Əmniyət və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun beynəlxalq formatını tam şəkildə dəstəklədiyini bildirir. Sabitləşmə, münaqişədən sonrakı etimadın artırılması tədbirlərinə dəstək verərək münaqişənin davamlı və hərtərəfli həllinin təşkil olunmasına töhfə verməyə hazırdır”.

Related Articles

Bir cavab yazın

Back to top button