Dünyaİran

Reuters: Nüvə anlaşması məhvə doğru gedir, lakin Qərb ondan çıxmaq istəmir

"Reuters" xəbər ajansı mayın 2-də etibarlı mənbələrdən birinə istinadən yazıb ki, Qərb rəsmiləri nüvə razılaşmasının dirçəldilməsi ilə bağlı ümidlərini böyük ölçüdə itiriblər

Belə ki, onlar İranın nüvə proqramını necə məhdudlaşdırmaq barədə düşünməyə məcbur qalıblar. Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin böyük dövlətləri parçaladığı bir şəraitdə baş verib.

Adı açıqlanmayan mənbələrdən biri nüvə anlaşmasını xəstənin süni şəkildə qidalandırılması ilə müqayisə edərək deyib: “Qərb serumu xəstənin əlindən almaq istəmir, lakin daha yaxşı yolun olması ilə bağlı gözləntilər azdır”. Digər 4 Qərb diplomatı isə nüvə sazişinin artıq məhvə doğru getdiyi qənaətindədir.

Xatırladaq ki, mart ayına qədər Vyanada İranla Qərb arasında davam edən nüvə müzakirələri İranın anlaşma xaricindəki şərtləri, o cümlədən Sepah-ın adının terror qruplaşmaları siyahısından çıxarılması ilə bağlı tələbinə görə heç bir nəticə əldə etmədən yarımçıq dayandırılıb.

 

Related Articles

Bir cavab yazın

Back to top button