Dünya

Ermənistanda etirazlar zamanı saxlanılanlar var

Ermənistanda hökumət əleyhinə keçirilən etiraz mitinqləri davam edir. Ölkənin İstintaq Komitəsindən verilən məlumata görə, daha bir neçə etirazçı saxlanılıb. Belə ki, polis hökumət binasını ələ keçirmək çabasında şübhəli bilinən 5 nəfəri həbs edib.
Xatırladaq ki, ötən gün ölkənin baş vəziri Nikol Paşinyanın istefasını istəyən etirazçılar hökumət binasına daxil olmaq istəyiblər. Etirazçıların qarşısı alınıb və nəticədə 26 nəfər polis bölmələrinə aparılıb. Məsələ ilə bağlı “Qanun yolu” hüquq difa təşkilatının başqanı Ruben Melikyan feysbuk hesabında paylaşım edib.

Related Articles

Bir cavab yazın

Back to top button