İran

ZƏNGANDA BAŞ VERƏN YOL QƏZALARI AZALIB

Bu ilin fərvərdin ayında Zəngan yollarında baş verən qəzaların sayı yüzdə 38 azalıb

Zəngan Yol Polis İdarəsinin rəis müavini Sərhəng Məhəmməd Əli Əzimi baş verən yol qəzalarının sayı 1398-ci ilin eyni dövrü ilə müqayisədə azaldığını deyib.
Onun sözlərinə görə bu ilin fərvərdin ayında cəmi 216 qəza olub. Ötən il bu hadisələrin sayı ilin eyni dövrü ilə müayisdə 348 idi.”
Zəngan yollarında baş verən qəzalarda 8 nəfər ölüb və 65 nəfər isə yaralanıb. Keçən il yol hadisələrində 17 nəfər həyatını itirib. 162 insan isə yaralanıb. Əziminin sözlərinə görə yollarda baş verən qəzaların səbəbi yorğunluq, yuxusuzluq və dönmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub.

Zəngan yol polisi rəisinin müavini koronovirus səbəbindən səyahət və nəqliyyatın azaldığını deyib. Bu səbəbdən də qəzalar yüzdə 38 azalıb.

Bildirək ki. Zəngan ustanında 5 min 840 km yol var, onlardan 200 km-i azad yol, 113 km-i böyük yol, 342 km-i əsli yol və 974 km-i fəri yollardır.

Related Articles

Bir cavab yazın

Back to top button