Dünya

Bolqarıstanda növbədənkənar parlament seçkiləri başlayıb

Bolqarıstanda növbədənkənar parlament seçkilərində səsvermə başlayıb.

49-cu çağırış Xalq Məclisinə seçkilərə 14 siyasi partiya və 7 koalisiya qatılıb, 240 deputat mandatı uğrunda 4566 namizəd mübarizə aparır.

Ölkə üzrə 12 minə yaxın, dünyadakı 61 ölkədə isə 737 seçki məntəqəsi fəaliyyət göstərir. Ölkədə səsvermə hüququna malik 6,6 milyon insan var.

Seçki məntəqələri yerli vaxtla saat 20.00-da bağlanacaq və seçkinin ilkin nəticələri də həmin vaxt məlum olacaq.

***

saat 06.18

Bu gün Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
APA xəbər verir ki, 49-cu çağırış Xalq Məclisə 240 yer uğrunda 14 siyasi partiya və 7 koalisiya mübarizə aparır.
13 minə yaxın məntəqə yerli vaxtla saat 07:00-dan (Bakı vaxtı ilə 08:00) 22:00-a qədər açıq oacaq.
Seçkidə təxminən 6 milyon 700 min insanın iştirakı gözlənilir.
Xaricdəki Bolqarıstan vətəndaşları üçün 61 ölkədə 737 seçki məntəqəsi işləyəcək.(APA)

Related Articles

Bir cavab yazın

Back to top button