Dünyaİran

Rişi Sunak: İran çox səhv hesablama aparıb

Böyük Britaniya Baş naziri Rişi Sunak İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Rişi Sunak Böyük Britaniyanın İsrailin təhlükəsizliyinə və daha geniş regional sabitliyə davamlı dəstəyini təkrarlayıb.

Baş nazir Netanyahu isə Böyük Britaniyaya İranın hücumu qarşısında göstərdiyi davamlı və möhkəm dəstəyə görə təşəkkür edib.

Rişi Sunak telefon danışığı zamanı deyib ki, İran çox səhv hesablama aparıb və qlobal səhnədə getdikcə təcrid olunub. O, ciddi eskalasiyanın heç kimin marağında olmadığını və bunun yalnızca Yaxın Şərqdə etibarsızlığı daha da dərinləşdirəcəyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button