Azərbaycanİran

Tehranda daha bir kitabxananın fəaliyyətinə qadağa qoyuldu

Tehran şəhərinin ən böyük və məşhur kitabxanalarıdan olan "Şəhər kitab mərkəzi" məcburi hicab qaydalarını pozan müştərilərə xidmət göstərdiyinə görə bağlanıb.

Kitabxana Tehran Polis İdarəsinin ictimai yerlərə nəzarət bölməsinin əməkdaşları tərəfindən bağlandığı bildirilib.

Rəsmi məlumatda kitabxananın fəaliyyətinin “İş yerləri barədə nizamnaməyə və Daxili İşlər Nazirliyinin əmrlərinə əməl edilməməsi” səbəbindən qadaöan edildiyi qeyd edilib.

Qeyd edək ki, cari ildə İranda məcburi hicab qaydalarına riayət edilməyən və musiqi səsləndirilən 3 mindən çox iş yerinin fəaliyyəti də dayandırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button