İran

Urmu gölünün suyu getdikcə azalır

Urmu Gölünün Dirçəlişi Sitadının Qərbi Azərbaycanda Ustan üzrə Dəftərinin rəisi Fərhad Sərxoş mətbuata açıqlama verib. “Yayın isti günlərində Urmu Gölü suyunun buxarlanmasına baxmayaraq, gölün vəziyyəti yaxşıdır. Axar suların gölə axışı davam edir. Gölün su səviyyəsi 1271 santimetrə, genişliyi bu ildə 2 min 42 kilometrə çatıb. Həcmi isə, sonuncu ölçmələrə istinadən 4 milyard metr mükəəb olub”, – deyə məlumat verib.
Fərhad Sərxoş sozlərinin davamında bildirib ki, hazırda Cığatı, Tatau, Şəhərçayı, Baradızçay, Savucçay və Güdar çaylarının suyu Urmu Gölünə axır.
“Tikilməkdə olan Alma kani səddinin suyu 36 kilometr tunel ilə Urmu gölünə çatdırılacaq . Tunelin 33 kilometri salınıb. Bu ilin dey ayınadək qalanı da bitiriləcək. Onda toplanmış suyun bir qədəri Urmu gölünə axıdılacaq. İstifadə olunan vaxt illik 600 milyon metr mükəəb su Urmu gölünə buraxılacaq”, – deyə əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button